Mədə xorası dedikdə mədənin iç təbəqəsində əmələ gələn yara nəzərdə tutulur. Sə…

0


Mədə xorası dedikdə mədənin iç təbəqəsində əmələ gələn yara nəzərdə tutulur.

Səbəbləri:

Aşağıda sadalanan faktorlar mədə xorasının əmələ gəlmə ehtimalını artırır:

Qeyri-steriod ağrıkəsicilərin (asprin, ibuprofen) qəbulu
Helicobacter pylori (H. pylori) infeksiyası
Xroniki qastrit
Siqaret çəkmə
Spirtli içki qəbulu
Artan yaş
Qanın laxtalanma sistemində bəzi problemlər

Əlamətləri:
Qarında ağrı (bu ağrı gecə oyanmaya səbəb ola bilər);
Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər;
Yeməkdən 2-3 saat sonra başlaya bilər;
Ac qalarsınızsa ağrılar daha kəskin ola bilər;
Ürəkbulanma;
Qusma;
Qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir;
Nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər;
Son zamanlar çəkinin azalması;
Ümumi zəiflik və s.

Müayinələr
Sizə ilk olaraq Mədənin endoskopik müayinəsi təklif ediləcəkdir. Bu müayinə üsulu mədə xorasının olub-olmamasını, onun yerləşməsi və ölçüsünü dəqiq müəyyən etməyə imkan verir
Həkiminiz mədənin Rentgen müayinəsini də təklif edə bilər. Bununla mədə xoranın varlığı və yerləşməsini təyin edilə bilər. Amma Rentgenlə müqayisədə endoskopik müayinə daha dəqiq hesab edilir.Helicobacter pylori infeksiyasının olub-olmaması nəfəs, nəcis və endoskopik müayinə zamanı götürülmüş toxumanın histoloji müayinəsi ilə təyin edilə bilər.
Endoskopik müayinə zamanı götürülmüş toxumanın histoloji müayinəsi xərçəngin olub-olmamasını da təyin etməyə imkan verir.

Mədə xorası sizin özünüzün müalicə edəcəyiniz bir xəstəlik deyil. Antiasid dərmanların qəbulu sizdə ağrını müvəqqəti aradan qaldıra bilər, amma xəstəliyi tam müalicə etməyəcək. Odur ki, yuxarıda sadalanan əlamətlər sizdə olarsa həkiminizə müraciət etməniz məsləhətdir. Xoranın zamanında müalicə olunmaması bir çox ciddi ağırlaşmalara gətirib çıxara bilər.

📞Əlaqə : +994 (50) 784 46 81
📍Ünvan : Babək pr-ti 92N, Xətai r-nu, Bakı

#baku #azerbaijan #azərbaycan #bakumedicalplaza #medicine #health #healthtips #keşfet #hospital #doctor#endocrinologia#internalmedicine



Source

Comments are closed.

You have successfully subscribed to the newsletter

There was an error while trying to send your request. Please try again.

Health Santa will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.